...

Məhkumlar arasında "Brain Ring" intellektual yarış keçirilib

Cəmiyyət Materials 28 Aprel 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Məhkumlar arasında ilk dəfə "Brain Ring" intellektual yarış keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Penitensiar Xidmət arasında birgə əməkdaşlıq tədbirləri çərçivəsində bazar ertəsi keçirilmiş yarış eks-prezident Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunub.

2 saylı cəzaçəkmə müəssisəsinin məhkumlarından ibarət 6 komanda arasında keçirilən oyunda məhkumların intellektual bilikləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış suallar əsasında yoxlanılıb.

Yarışmda komandalara verilən suallar əsasən Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi və coğrafiyasını əhatə edib.

Altı komanda arasında "Azəri" birinci, "Ümid" ikinci, "Qartal" isə üçüncü yerləri tutub.

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

"Brain Ring" intellektual yarışmasının digər cəzaçəkmə müəssisələrində keçirilməsi nəzərdə tutulub.

Müəssisənin rəisi Nahid Xəlilov bildirib ki, müəssisədə məhkumlar arasında eks-prezident Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr futbol yarışması da keçirilir. Yarışın final oyunu mayın 10-da keçiriləcək.

2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində ağır cinayət törətmiş 999 məhkum cəza çəkir. Məhkumların böyük əksəriyyəti qəsdən adamöldürmə və narkotika cinayətlərinə görə məhkum olunublar.

Müəssisədə cəza çəkən 36 əcnəbi məhkum İran, Türkiyə və Nigeriya vətəndaşlarıdır.

Son 3 ayda 46 məhkum cəzasının 2/3 hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə vaxtından əvvəl azad olunub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti