...

Rəsmi Bakı Azərbaycanda rəngli inqilablar həyata keçirmək istəyən qüvvələrin olmasını istisna etməyib (video)

Cəmiyyət Materials 3 May 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / " müxbir Q.Cəbiyev/ Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri hesab edir ki, ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı hansısa qüvvələrin rəngli inqilablar həyata keçirməsi planı olsun. "Ola bilsin ki, kimlərinsə belə planları var. Ancaq Azərbaycan dövləti çox qüdrətlidir və heç kəs bizim inkişafımızın qarşısını ala bilməz"- şənbə günü Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, Azərbaycanın indiki prezidenti İlham Əliyevin namizədliyini irəli sürəcəyini bildirib.

Müxalifətdən Müsavat, Demokrat, Ümid, Böyük Quruluş, Yaşıllar partiyaları seçkidə namizədi ilə iştirak edəcəyini açıqlayıblar. Azərbaycanın üç müxalif-Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" bloku isə, ölkədə seçki mühiti dəyişdirilməyəcəyi halda, prezident seçkisini boykot edəcəyini açıqlayıb.

Mehdiyevin sözlərinə görə, hakim partiya seçkilərə monolit şəkildə gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti