İsveç, Stokqolm, 5 may /müx. TrendLife Səbinə İskəndərli/
İrina Alferova demək olar ki, əvvəl kimi gözəldir. Sanki onu illər dəyişdirməyib. Gözəl olmaqla yanaşı həm mülayim, həm də təbiidir. Amma nədənsə hər dəfə onun gözəlliyi barədə nəsə söylənədə utanır.
-Siz nəyə görə gözəlliyiniz barədə söz düşəndə utanırsınız?
- Nə gözəllik? İllər keçdikcə gözəllik itir, istedad isə qalır. Gözəllik ilk 15 dəqiqə ərzində diqqəti cəlb edir. O zaman ərzində sən tamaşaçını saxlaya bilərsən, daha sonra isə aktrisa nəyə qadir olduğunu göstərməlidir.
-Bizdə belə bir təssurat yaranır ki, gözəlliyiniz sanki sizə mane olub?
-Bəli, mane olub.
-Amma indi siz teatrda ən tələbli aktrisasınız...
-Bəli, müasir pyes məktəbində məni maraqlandıran çox rollar var. Məsələn "Çayka" əsərində Arkadinanı oynayıram.
-Siz bu gün oynadığınız " Hollivud, özünü saxla" tamaşasında baş qəhrəmanın məşuqəsi rolunda çıxış edirdiniz?
-Düz söylədiniz. Mən bu rolu Aleksandr Mixaylova görə oynayıram. Çünki o, yaxşı tərəf-müqabilidir. Bilirsiniz, mənə çox çətindir. Çünki həmyaşıd tərəf-müqabilimlərinin çoxu dünyasını dəyişib. Saşayla isə birlikdə "Hər şey keçəcək" tamaşasında oynamışıq. O, sözün əsl mənasında çox gözəl aktyor idi. İndi o, rəhmətə gedib. Heç kim onu əvəz etmir.
-Siz həyat yoldaşınızdan dost kimi ayırlımısınız...
-Biz dost deyilik. Sadəcə olaraq, həmişə bir-birimizə qiymət verməyi bacarmışıq. Bir insan kimi çox ağır xasiyyəti var idi. O, bu xasiyyətdə doğulmuşdu və mən onu başa düşürdüm.
-Bəs ayrıldıqdan sonra onu yenidən görüşdünüz?
-Mənə xalq artisti adı verilən tədbirdə biz görüşdük. Saşa ora həyat yoldaşı ilə gəlmişdi. Biz çoxlu söhbət etdik. Sonra düşündüm ki, getsəm yaxşı olar. Nədənsə o, məni getməyə qoymadı. Dedi ki, İra otur yanımda. Oturdum və əllərini sığallamağa başladım. O vaxtlar artıq o, ağır xəstə idi.
-Abdulovla keçmişiniz ailə həyatınızıda sizə maneə yaratmırdı ki?
-Yoldaşım artist Serqey Marınov hər şeyi başa düşür. Biz onunla bir-birimizə lazım olan insanlarıq. Hətta birlikdə sakit oturub, susmaq belə bizə marqlıdır. Saşa ilə isə hər şey bir qədər çətin idi. O fərqli insan idi. Düşündüm ki, mən onun həyatına mane oluram. Ona başqa cür həyat lazım idi. Qadınlar, gəzmək. Saşa bir qadın kimi mənə qiymət verməyi bacarırdı. Sadəcə olaraq, özünü heç cür dəyişə bilmirdi.
-Sizin çox istedadlı kürəkəniniz var Eqor Beroev...
-O, doğurdan da möhtəşəm bir aktyordur. Mən onun fanatıyam.
-Sizin üç götürülmə övladınız var. Biri ölən bacınızın oğlu, bəs qalan ikisi?
- Həyat yoldaşımın oğlu və qızı. Onun arvadı öldükdən sonra iki uşağı biz yanımıza gətirdik. Onlar da çox istedadlı, gözəl uşaqlardırlar. Əlbətdə əvvəllər mənə çox çətin idi. Uşaqlar Londonda yaşadıqları üçün gözəl həyata öyrəşmişdilər. Ərköyün böyümüşdülər. Bizim isə o vaxtlar vəziyyətimiz o qədər də yaxşı deyildi. Mən onlara çox şey vərməli idim. Allaha şükürlər olsun ki, bunu bacardım.
-Siz bir çox video kliplərdə çəkilirsiniz, bəziləri isə bundan çəkinirlər...
-Çünki bacarmırlar. Mənə isə bu iş maraqlıdır. Bir çox musiqili qruplardan, müğənnilərdən təklif alıram, təssüf ki, vaxt azlığından bütün təklifləri qəbul edə bilmirəm.
-Məhəbbət mövzusu ən əsas və daimidir...
-Əlbəttə. Əgər səndə sevgi varsa, demək ki, sən zənginsən.