Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanda həftə ərzində qeyri-sabit hava şəraiti hökm sürəcək. Bu barədə bazar ertəsi Trend - a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.
Məlumata əsasən, mayın 6-dan 8-dək Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı və arabir tutulacağı, fasilələrlə qısa müddətli yağış yağacağı gözlənilir.
Tağıyevanın sözlərinə görə, Azərbaycanın rayonlarında yağışın lokal leysan xarakterli olacağı ehtimal olunur.
"Bu həftə ərzində Abşeron yarımadasında dəyişkən hava şəraitinin davam etməsi, atmosfer təzyiqinin tərəddüdləri və tutqun havanın üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər", - deyə Tağıyeva qeyd edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]