...

Qoy, Nadir gedib oxumaq öyrənsin – müğənni Elariz Məmmədoğlu

Cəmiyyət Materials 7 May 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.TrendLife Şahin Cavadsoy/

Estradamızın korifey sənətkarı-xalq artisti Flora Kərimova ilə müğənni Elariz Məmmədoğlunun duet oxumasına kimsə mane olmayacaq. Bu haqda Elarizin özü TrendLife - a məlumat verib: "Kimin nə deməsindən asılı olmayaraq, mən Flora xanımla duet oxumaq istəyimi həyata keçirəcəyəm. Artıq razılıq əldə etmişik. Hələlik mahnı seçimi aparılır".

Xatırladaq ki, özünü Flora xanımın əvəzolunmaz duet ortağı hesab edən müğənni Nadir Qafarzadə, hər vəchlə çalışırdı ki, bu duet ərsəyə gəlməsin. Mətbuata verdiyi açıqlamasında Nadir bildirmişdi ki, Elarizin ifa tərzi imkan vermir ki, o, Flora xanımla duet oxusun: "Bunu qısqanclıq kimi qəbul etməyin. Sadəcə mən özümü Elarizdən güclü hesab edirəm".

Olanlara münasibət açıqlayan Elariz isə pərəstişkarlarını boş-boş söhbətlərə uymamağa çağırdı: "Nadir kimi müğənnilərin səsimi bəyənib-bəyənməməsinin elə də böyük əhəmiyyəti yoxdur. Təvazökarlıqdan uzaq səslənsə də Elariz öz möhürünü estrada səhnəsində neçə il bundan əvvəl vurub. İstəmirəm ki, deyəcəyim hansısa sözlə Nadir Qafarzadə imzasını reklam edib, adını gündəmə gətirim. Qoy Nadir gedib oxumaq öyrənsin".

Xəbər lenti

Xəbər lenti