...

Fəxriyyə Xələfova avropasayağı gecə geyimlərinə üstünlük verəcək

Cəmiyyət Materials 13 May 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Günel Əhmədova/

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası Romada nümayiş etdiriləcək. Modelyerin TrendLife-a bildirdiyinə görə, kolleksiyasnın hazırlıqları bir neçə gün öncə başa çatdırılıb. Hazırda isə Fəxriyyə xanım səfər üçün lazımi sənədlərini hazırlayır. Sənətçi xanım kolleksiyasının Romada keçiriləcək moda həftəsində nümayiş etdiriləcəyini bildirdi:

"Moda həftəsində hazırladığım romantik gecə geyimləri sərgilənəcək. Adətən sərgilərdə ilin mövsümü üçün nəzərdə tutulan kolleksiyalar təqdim olunur. Lakin bu dəfə yaradıcılığımı istədiyim şəkildə təqdim etmək qərarına gəldim".

Moda həftəsinin şərtlərinə görə, azərbaycanlı təmsilçisinə 4 yer ayrılıb. Fəxriyyə Xələfova qeyd etdi ki, əgər yaradıcılığını lazımi səviyyədə təqdim edə bilsə, Romada onun kolleksiyaları növbəti dəfə ayrıca nümayiş olunacaq. Rəng seçimlərinə gəlincə, isə yaradıcılığında qeyri-adi çalarlara və üstünlük verən F.Xələfova bu dəfə fərqli bir geyimlər hazırlayacaq:

"Romadakı kolleksiyadan əlavə yeni kolleksiyam hazırlanır. Bu, əvvəlki kolleksiyalarımdan geri qalmayacağına inanıram. Bu dəfə geyimlərimdə üslub dəyişikliyi olacaq. Belə ki, avropasayağı gecə geyimlərinə üstünlük verməyi düşünürəm".

Xəbər lenti

Xəbər lenti