Azərbaycan, Bakı, 14 may /müx. TrendLife Eldar Hüseynzadə/
Mədəniyyət və turizm nazirliyi muğamın inkişafı üçün uşaqların muğam müsabiqəsini təşkil etmək qərarına gəlib. Bu haqda TrendLife-a mədəniyyət və turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib. Onun sözlərinə görə müsabiqənin birinci turu aprelin 1-dən başlayıb. Mayın 14-dən 18-nə kimi isə Astarada ikinci, yəni həlledici tur başa çatacaq. Müsabiqədə Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, Gülyaz Məmmədova jüri qismində iştirak edəcəklər.
Xatırladaq ki, gənc ifaçıların qala konserti mayın 18-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirilməsi planlaşdırılıb.