Azərbaycan, Bakı, 14 may /müx. TrendLife Nigar Musayeva/
Bu yaxınlarda müğənni Manana Gürcüstanda yaşayan azərbaycanlılar qarşısında konsert proqramı ilə çıxış edib. Hazırda müğənni Tbilisidədir, mayın 16-da qayıdacaq. Qayıdan kimi, "Qəlbimin arzusu" mahnısına klip çəkdirəcək. Rejissor işini Fuad Əlişova həvalə edən müğənni klipdə oxumaqla yanaşı rəqslər də edəcək.