...

Müğənni Elariz Məmmədoğlu pərəstişkarlarına sürpriz hazırlayır

Cəmiyyət Materials 16 May 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Müğənni Elariz Məmmədoğlunun başı bəzilərindən fərqli olaraq, qalmaqallara yox, yaradıcılıq işlərinə qarışıb. Belə ki, müğənnin TrendLife-a verdiyi xəbərə görə, bazar günü "Əllərinlə qucaqla" mahnısının klip çəklişlərinə başlayacaq. Rejissoru Rəhmana aid olan mahnının sözləri Bəxtiyar Qaracanın, musiqisi Nadir Əzimovundur. Klip çəklişləri Bakı kəndlərinin birində olacaq. Onun sözlərinə görə, bəstəkar Nadir Əzimov da klipdə rol alıb. Yaxın zamanlarda pərəstişkarlarını sevindirməyə hazırlaşan müğənni Elariz onu da qeyd etdi ki, Ramiz Mirişli ilə yeni mahnılar üzərində çalışır.

Xəbər lenti

Xəbər lenti