...

Azərbaycanın boks yığmasının baş məşqçisi boksçuların xuliqanlıq etməsinə inanmır

Cəmiyyət Materials 21 May 2008 15:19 (UTC +04:00)
Azərbaycanın boks yığmasının baş məşqçisi boksçuların xuliqanlıq etməsinə inanmır

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın boks yığmasının üzvü, prezident təqaüdçüsü Ramal Amanovun xuliqanlıq etməsi inandırıcı görünmür. "Amanov çox yaxşı boksçudur. Bir idmançı kimi ondan çox razıyam. Hesab etmirəm ki, o, hanısa artıq-əskik hərəkətə yol versin və xuliqanlıq etsin",- çərşənbə günü Trend -a Azərbaycanın boks yığmasının baş məşqçisi Nəriman Abdullayev bildirib.

Sidney Olimpiadasının boks üzrə bürünc mükafatçısı Vüqar Ələkbərov və Avropa, dünya çempionatlarının iştirakçısı olmuş Amanov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar. Onlar "İnşaatçı-E" MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə "Toyota" markalı avtomobilini və 10000 dollar almaq istədiklərinə görə saxlanıblar.

Amanov hazırda azadlıqda olsa da, Ələkbərov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) maddəsi ilə təqsirləndirilərək, Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs olunub.

Boks yığmasının baş məşqçisi bildirib ki, hadisədən təfərrüatı ilə xəbərdar olmadığından, Ələkbərovun həbs olunması ilə bağlı açıqlama verə bilməyəcək.

Ələkbərov 2004-cü ildə Afinada keçirilən Olimpiadadan sonra boksla fəal şəkildə məşğul olmayıb.

Azərbaycanın boks üzrə Avropa və dünya çempionatlarının iştirakçısı olmuş Fariz Məmmədov da əvvəllər xuliqanlığa görə həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti