...

"Canbala" "Evrovision"a iddalıdır

Cəmiyyət Materials 26 May 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx. TrendLife Günel Əhmədova/

Bir neçə aydan sonra "Evrovision-2008"də azyaşlılar arasında yarışa start veriləcək. Azərbaycanın bu müsabiqədə iştrakı hələ dəqiqləşməyib. "Canbala" qrupunun rəhbəri Məryam xanımın TrendLife-a bildirdiyinə görə, o, rəhbərlik etdiyi qrupun sözügedən müsabiqədə iştirakını arzulayır. Lakin onun istəyi hələlik heç nəyi həll etmir. Dövlət nümayəndələrinə müraciət etmək fikrində olan Məryam xanım belə bir açıqlama verdi:

"Uşaqların səs imkanları, səhnə hərəkətləri üzərində ciddi çalışırıq. Onların Evrovision səhnəsi üçün potensialının olduğunu əminliklə deyə bilərəm. Amma burada son sözu dövlət nümayəndələri deyir. Ümid edirəm ki, seçim aparılsa, "Canbala"a qalib olmaq imkanı qazanacaq".

Xəbər lenti

Xəbər lenti