Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası Dubayda keçirilən beynəlxalq turnirdəki çıxışını başa çatdırıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat verib.
Azərbaycanın yığma komandası turnirdə keçirdiyi sonuncu oyunda Misirdən olan voleybolçularla qarşılaşıb. Misir voleybolçuları hər üç seti uğurla başa vuraraq 3:0 hesablı qələbə qazanıblar. Bu oyundan sonra Azərbaycanın voleybol yığmasının Dubaydakı turnirdə yeddinci yeri tutduğu dəqiqləşib.
Dubayda keçirilən voleybol turnirinin mükafat fondu bir milyon dollar olub.
Azərbaycanlı voleybolçuların Dubayda təşkil olunan turnirdə iştirak etməsi gələn il Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyırdı.
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayevdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]