...

Mən azərbaycan fimlərini səsləndirmişəm-sovet kinosunun ulduzu Nataliya Fateyeva

Cəmiyyət Materials 2 İyun 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. TrenLife Eldar Hüseynzadə/

"Şərq-Qərb" kinofestivalının ilk günü gözəl aktrisa, sovet kinematoqrafın ulduzu Nataliya Fateyeva "Ən gözəl debüt" mükafatına layiq görülüb. O, bu festivalda xüsusi qonaq idi. Tədbirin sonunda KİV nümayəndələri aktrisanı sual atəşinə tutmaq istəsələr də nədənsə Nataliya xanım müsahibə verməkdən imtina etdi. TrendLife müxbiri isə bunu bacardı.

-Siz bu kinofestivalda ilk dəfədir ki, çıxış edirsiniz?

-Bəli, mən ilk dəfədir ki, "Şərq-Qərb" festivalına gəlmişəm. Düzdür, Azərbaycana artıq beşinci gəlişimdir. Sizin şəhəri çox bəyənirəm. Bakıda çoxlu tanışlarım vardır. Burada Azad Rzayevi və onun həyat yoldaşı Maya xanımı görməyimə şad olardım. Mən onlarla uzun illərdir ki, dostluq edirəm. Paytaxtınız hazırda çox dəyişib. Sovet dövründə Bakı mənə bir təhər görünürdü. Tək yadımda saxladığım sizin dənizkənarı park və Xəzər dənizi idi. Burada bir neçə gün olduğum müddətdə yəqin ki, Bakını gəzəcəm və yeniləşmiş paytaxtınızla daha da yaxından tanış olacam.

-Sizin müasir azərbaycan filmlərindən tanıdıqlarınız var? Hansı filmləri izləmisiniz?

-Yox izlədiyim olmayıb. Pis başa düşməyin. Nəinki sizin, hətta rus fimlərinə də baxmıram. Ümumilikdə çox az tanıdığım azərbaycan filmi var. Lakin bir çox filmlərinizi səsləndirmişəm.

-Son zamanlar çox az filmə çəkilirsiniz. Bu nə ilə əlaqədardır?

-Kimi oynayım? Bundan əlavə indi kinoya başqa insanlar gəlib, zaman dəyişib. Biz həmin insanlara maraqsızıq. Biz daimi yaşaya bilmərik ki.

-Çox gözəl görünürüsünüz. Bunun sirri nədədir? Haradasa oxumuşam ki, sizin xüsusi pəhriniz var.

-Hətta yazırlar ki, yoqa ilə də məşğul oluram. Belə şeylər yoxdur. Sadəcə siqaret çəkirəm, bir də özümə baxıram.

Xəbər lenti

Xəbər lenti