...

Azərbaycanın Olimpiya lisenziyalı turnirə qatılacaq avarçəkmə komandasının tərkibi müəyyənləşib

Cəmiyyət Materials 2 İyun 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasının Olimpiya lisenziyalı turnirdə və dünya kubokunun üçüncü mərhələsində çıxış edəcək heyəti müəyyənləşib. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

İyunun 15-də start götürəcək Olimpiya lisenziyalı turnir Polşanın Poznan şəhərində keçiriləcək. Azərbaycanlı idmançılar Polşaya baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında yollanacaq. Olimpiya lisenziyalı turnirdə Azərbaycanı Fikrət Məmmədov və Kamal Məmmədov təmsil edəcək. Bu cütlük iki nəfərlik sükanlı qayıqlarda mübarizə aparacaq. Azərbaycan yığma komandasının üzvləri yarışda mübarizəyə iyunun 16-dan başlayacaqlar. İyunun 17-də yarımfinal, 18-də isə final keçidləri olacaq.

Avarçəkmə üzrə dünya kubokunun üçüncü mərhələsinin oyunları da Poznan şəhərində keçiriləcək. İyunun 20-də başlanacaq yarışlar üç gün davam edəcək. Azərbaycan dünya kubokunun oyunlarında dörd idmançı ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti