...

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Bakıya gəlib

Cəmiyyət Materials 6 İyun 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Türkiyə yığma komandasının və "Qalatasaray"ın məşhur futbolçusu Hasan Şaşı Bakıya dəvət edib. Bu barədə cümə axşamı Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Məlumat verən mənbənin bildirdiyinə görə, Şaş Bakıya cümə cünü səhər saatlarında gəlib. O, "Qarabağ" klubu ilə iki illik müqavilə bağlamağa hazırlaşır. Türkiyə Superliqasının sonuncu mövsümündə "Qalatasaray" klubu ilə çempionluq sevinci yaşayan futbolçu Türkiyəyə bu gün axşam saatlarında qayıdacaq.

Şaşdan əvvəl Türkiyənin daha bir məşhur futbolçusu - Oqtay Dərəlioğlu Azərbaycanın "Xəzər-Lənkəran" klubunda çıxış edib. Bir müddət əvvəl isə, Türkiyə futbolunun ən yaxşı futbolçusu hesab edilən Hakan Şükürün "Xəzər-Lənkəran" rəhbərliyi ilə transfer danışıqlarına başladığı barədə xəbər yayılmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti