...

Müslim Maqomayev xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 10 İyun 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

SSRİ-nin xalq artisti Müslim Maqomayev xəstəxanaya yerləşdirilib. Səbəb isə ürək nahiyyəsində kəskin ağrıların olmasıdır. TrendLife-ın verdiyi məlumata görə, 65 yaşlı sənətkarı həyat yoldaşı Tamara Sinyavskaya xəstəxanaya çatdırıb. Müslim Maqomayev son zamanlar ürək nayihəsindəki ağrılardan şikayətlənirdi. Həkimlər ona təcili olaraq, xəstəxanada yatmağı tövsiyyə ediblər. Həkimlər müğənnin vəziyyətinin ağırlaşmasını ürək ağrısı ilə əlaqələndirilər. Ümumi müayinədən sonra M. Maqomayevə müalicə təyin olunacaq.

TrendLife bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün müğənnin Bakıdakı katibi Oleq Əmirbəyovla əlaqə saxladı.

"Mən bu informasiyanı vermək hüququna malik deyiləm. Çünki bizə Müslim Maqomayevdən rəsmi məlumat daxil olmayıb. Əgər o, nəsə demək lazım bilsə, biz də sizi məlumatlandıracayıq",-deyə O. Əmirbəyov bildirib.

Xəbər lenti

Xəbər lenti