...

Azərbaycanın futbol klubuna türkiyəli qapıçı təklif olunacaq

Cəmiyyət Materials 12 İyun 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu Türkiyənin "Qalatasaray" klubunun yetişdirməsi olan qapıçını transfer edə bilər. Bu barədə cümə axşamı Trend -a futbolçunun meneceri olan Yusuf Uncular məlumat verib.

Türkiyəli menecerin bildirdiyinə görə, o, Veysəl Beşik adlı qapıçını Azərbaycanın futbol üzrə Premyer-Liqasının növbəti mövsümündə çempionluq uğrunda mübarizə aparacaq "Qəbələ" klubunun rəhbərliyinə təklif etmək niyyətindədir.

Uncuların Azərbaycan klubuna təklif edəcəyi futbolçu Türkiyənin aşağı liqalarında müxtəlif komandalarla 11 dəfə çempionluq sevinci yaşayıb. O, "Sakaryaspor", "Vanspor", "İstanbul Böyük Şəhər Bələdiyyəsi" kimi klublarda forma geyib.

Sonuncu futbol mövsümündə "Qəbələ"nin əsas qapıçısı gürcüstanlı Zurab Mamamladze olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti