...

Azərbaycanda 500-dən çox tələbə qeyri-qanuni ali təhsil alıb

Cəmiyyət Materials 13 İyun 2008 12:07 (UTC +04:00)
Azərbaycanda 500-dən çox tələbə qeyri-qanuni ali təhsil alıb

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul olmaq istəyən bakalavrların 510-nun ali məktəblərə qeyri-qanuni daxil olduğu aşkarlanıb. Bu barədə cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakıda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu rəqəm arta bilər.

Abbaszadənin bildirdiyinə görə, həmin bakalavrların dövlət diplomları olduğuna görə, TQDK onların magistraturaya sənədlərini qəbul etməyə məcburdur.

TQDK sədri qeyri-qanuni qəbul aparan ali məktəblərin adlarını açıqlamaqdan imtina edib. O, yalnız həmin bakalavrların müxtəlif illərin məzunları olduğunu bildirib.

Abbaszadənin qeyd etdiyi kimi, TQDK ali məktəblərə qeyri-qanuni tələbə qəbulu faktları ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcək.

Hazırda TQDK-nın binasında həmin bakalavrların magistraturaya sənəd verməsi üçün növbə yaranıb. Magistraturaya sənədlər iyunun 5-dən 14 nə qədər qəbul olunur.

Xəbər lenti

Xəbər lenti