...

Buraxılış imtahanında qeyri-məqbul qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanı keçiriləcək-nazir

Cəmiyyət Materials 13 İyun 2008 19:25 (UTC +04:00)
Buraxılış imtahanında qeyri-məqbul qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanı keçiriləcək-nazir

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə günü keçirdiyi mətbuat konfransında bəyan edib ki, nazirlik buuraxılış imtahanında qeyri-məqbul qiymət almış şagirdlər üçün təkrar buraxılış imtahanı keçirməyə hazırdır. "Nazirlik bu il güzəştə getməyə qərar verib və gələn həftənin ortasında həmin şagirdlər üçün təkrar imtahan təşkil olunacaq",- deyə nazir bildirib.

Trend -un arayışı: Nazirliyiniyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib. İmtahan vermiş şagirdlərin 37 601 nəfəri bütün fənlərdən müvəffəq olub, 5124 nəfəri 1 fəndən, 1791 nəfəri 2 fəndən, 2400 nəfəri isə 3 və daha çox fəndən "qeyri-kafi" qiymət alıb. İyunun 16-da şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcək.

Mərdanovun bildirdiyinə görə, təkrar imtahan Prezident Aparatı, Parlament və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək.

"İmtahanın göstəriciləri bizi qane etsə də, çox təəssüf ki, nazirlik buraxılış imtahanını istənilən səviyyədə keçirə bilməyib. Bəzi KİV nazirliyin keçirdiyi buraxılış imtahanı prosesinə qara yaxmaqla məşğuldurlar", deyə nazir qeyd edib.

Buraxılş imtahanlarının nəticələrinə etiraz edən valideyn və şagirdlərin etiraz aksiyalarına münasibət bildirən təhsil naziri bəyan edib ki, aksiyalarda eyni valideyn və şagirdlər iştirak edir.

"Bu etiraz aksiyalarını xüsusi olaraq təşkil edənlər var və onlar narazı valideyn və şagirdləri xüsusi avtobuslarla dövlət qurumları qarşısına aparır",- deyə nazir qeyd edib.

Mərdanovun sözlərinə görə, iyunun 20-dək imtahandan aldıqları qiymətlərin nəticəsi məlum olan şagirdlərə attestatlar veriləcək, ümumilikdə isə, attestatların verilməsi iyunun 25-dək tamamlanacaq.

Trend -un arayışı: Buraxılış imtahanının nəticələrindən narazı qalmış valideyn və şagirdlər iyunun 11-də Təhsil Nazirliyinin, iyunun 12-də Prezident Aparatının, cümə günü isə, Parlamentin qarşısında etiraz aksiyaları keçiriblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti