...

Azərbaycan mətbuatına Dövlət Dəstəyi Konsepsiyası bu günlərdə ölkə prezidentinə təqdim olunacaq

Cəmiyyət Materials 14 İyun 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan mətbuatına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olunması üçün bu günlərdə ölkə prezidentinə təqdim olunacaq. Bu barədə şənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Trend -un arayışı: Bir müddət öncə Mətbuat Şurası mətbuata yardım edilməsini nəzərdə tutan təkliflərlə çıxış edib. Uzun müzakirələrdən sonra təkliflər sənəd şəklinə salınaraq Prezidentin İcra Aparatına təqdim olunub. Konsepsiyanın hazırlanmasında müəyyən ölkələrin təcrübəsi öyrənilir.

Həsənov deyib ki, konsepsiyanın hazırlanmasını təkcə hakimiyyət strukturları həyata keçirməyib, bu işdə mətbuat ictimaiyyəti yaxından iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti