...

Mini futbol üzrə "Aznet Kuboku" təşkilatçı komandanı itirib

Cəmiyyət Materials 17 İyun 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Futbol üzrə Avropa Çempionatını qəbul edən İsveçrə və Avstriyanın yarışdan kənarlaşdırılması çoxları üçün gözlənilməz oldu. Amma eyni sözləri "Olimpik Star" idman kompleksində keçirilən "Aznet Kuboku"nu təşkil edən "TREND" Xəbərlər Agentliyi haqqında demək olmaz. Çünki iyunun 15-də kubokun 1/4 final mərhələsində "Baku Reds"lə qarşılaşan təşkilatçı komanda necə deyərlər, yarışı tərk etməyə layiq idi.

Düzdü, oyunun əvvəli sonluğun "TREND" üçün ağır nəticələnəcəyindən xəbər vermirdi. Amma sən saydığını say, gör fələk "Baku Reds"in vurduğu qolları necə sayır. "TREND" komandasının matçın əvvəlindən müdafiəyəmeylli oynamasına baxmayaraq, rəqib onların qapısından nə az, nə çox, düz 7 top keçirdi. Təşkilatçı komanda isə bu qollardan yalnız birinin cavabını verə bildi - 7:1. Amma insafən, "TREND"in 1/4-dəki rəqibi "Baku Reds" olmasaydı, bəlkə də bu komanda yarımfinala adlaya bilərdi. O gün "Baku Reds" çox güclü idi.

"Aznet Kuboku"nda saytı olan 12 komanda iştirak edib ki, onlardan bir çoxu artıq yarışda mübarizəni dayandırıb. Kubokun yarımfinal oyunları iyunun 21-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti