...

Azərbaycanda futzal üzrə beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 17 İyun 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanda futzal üzrə yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında keçirilən toplantısında Futzal Federasiyasının prezidenti Zaur Axundov bildirib.

Trend -un arayışı: Zaur Axundov Futzal Federasiyası prezidenti vəzifəsinə bir neçə gün əvvəl təyin olunub. O, prezident vəzifəsində Ağarza Rzayevi əvəzləyib. Buna kimi Axundov "Araz" futzal klubunun prezidenti vəzifəsində çalışıb.

Axundov bildirib ki, futzal üzrə Azərbaycan çempionatı Bakıda keçiriləcək futzalçılar arasında çempionlar liqasının qrup yarışından sonra başlayacaq.

Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı "Araz" klubu təmsil edəcək.

Bakıda keçiriləcək Çempionlar Liqasının qrup oyunları sentyabrın 6-dan 14-dək davam edəcək.

Axundovun dediyinə görə, Azərbaycanın futzal yığmasının baş məşqçisi məsələsinə yaxın günlərdə aydınlıq gələcək. Yığma komandanın baş məşqçisi Andrey Yudinin Federasiya ilə müqaviləsi başa çatdığından, Rusiyanın "Dina" klubu ilə müqavilə bağlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti