...

Gəncə və Astara kitabxanaları beynəlxalq səviyyəyə yüksəlir

Cəmiyyət Materials 18 İyun 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Gəncənin Mərkəzi kitabxanası və Astara kitabxanası Ukraynanın Nikolayevsk, Hasavürta kitabxanasının nümayəndələri ilə gələcəkdə əməkdaşlıq haqqında uğurlu danışıqlar aparıb. Mədəniyyət və Turizm Nazirliyinin TrendLife-a verdiyi xəbərə görə, yuxarıda sadalanan kitabxanalar hazırda birgə layihələrini hazırlayırlar. Müxtəlif yerli kitabxanaların nümayəndələri bu yaxınlarda başa çatan "Krım-2008" beynəlxalq kitabxanaçılar forumunda uğurlu danışıqların nəticəsində ciddi işə nail olublar. Həmin forumda Böyük Britaniya, Fransa, Avstriya, Almaniya, Finlyandiya, ABŞ, İsrail kitabxanalarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti