...

Sevda Ələkbərzadənin albomu Avropada rekord vurur

Cəmiyyət Materials 19 İyun 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /TrendLife müx. Günel Əhmədova

Sevda Ələkbərzadənin "NetwMedien" şirkəti ilə imzaladığı müqavilədən irəli gələn şərtlərin bir hissəsi yerinə yetirilib. "Gül açdı" albomu ilə başlayan müğənninin təbliğat kampaniyasına sonradan səfərlər və kurslar daxil edildi. Artıq 4 aydır satışa çıxarılan albom Avropa ölkələrini qarış-qarış dolaşmaqdadır. Sevda Ələkbərzadənin TrendLife-a verdiyi məlumatına görə, albomun satışı üzrə rekord göstəricisi hələ də avropalıları təəccübləndirir. Sözügedən şirktədən müğənniyə verilən son məlumatda "Gül açdı"nın 6000 nüsxəsinin satıldığı bildirilib. Yaxın günlər üçün albomun tirajının artırılması da nəzərdə tutulub.

Müğənninin bölüşdüyü digər yaradıcılıq xəbəri "NetwMedien" şirkəti ilə nəzərdə tutulan növbəti yaradıcılıq planı oldu:

"Müqaviləyə görə, mənim bir neçə albomum hazırlanmalıdır. Artıq ikinci albomun buraxılmasına qərar verilib. Ötən aydan başlayaraq proqram seçilib. Hazırda onları studiyada hazırlayıram. Onu da qeyd edim ki, ikinci albomu birincidən bir çox özəllikləri fərqləndirəcək. "Gül açdı"nı ərsəyə gətirərkən avropalıların musiqi zövqünü, xüsusilə Azərbaycan musiqilərinə olan marağını daha dəqiqliklə çözə bilməmişdim. Albomun satışı, mahnılara münasibətdən sonra ikinci proqramı daha dəqiq seçə bilmişəm. Azərbaycan folklorunun improvizələrlə dünya miqyasında təbliğatı məqsədi ilə ətrafıma böyük musiqiçi ordusu toplamışam. Demək olar ki, proqram üzərində tamamlama işləri görülür. Adı hələ bəlli olmayan toplu yaxın ayların birində satışa çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti