...

Uşaq muğam müsabiqəsinin qalibləri öz ustalıqlarını nümayiş etdirdilər

Cəmiyyət Materials 19 İyun 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Dünən Azərbaycanın Baləkən rayonunun İki Tala kəndində uşaqlar arasında IV Respublika muğam müsabiqəsinin qaliblərinin konserti təşkil olunub. Mədəniyyət və turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun TrendLife-a verdiyi məlumata görə, kənd əhalisi üçün uşaqların çıxışı böyük maraq doğurub. Konsertdə Balakən rayonunun başçısı Asif Məmmədov, Canəli Əkbərov iştirak edib.

İyunun 17-də isə uşaqlar Şamaxıda və Qəbələdə konsert proqramı ilə çıxış ediblər. Bu gün rayonlar üzrə qastrol səfəri Şəki Dövlət Dram Teatrının səhnəsində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti