...

Azərbaycanın futbol üzrə kubokunun qalibi transferə çıxardığı oyunçuları sata bilmir

Cəmiyyət Materials 19 İyun 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran" futbol klubunun transferə çıxardığı dörd futbolçudan heç birinə transfer təklifi gəlməyib. Bu barədə cümə axşamı Trend -a klubun mətbuat xidməti məlumat verib.

Azərbaycanın futbol üzrə sonuncu ölkə kubokunun qalibi olan "Xəzər-Lənkəran" Nadir Nəbiyev, Mahir Şükürov, Yakuba Bamba və Roberto Santosa görə transfer təklifləri gözləsə də, bu futbolçuların xidmətində maraqlı olduqlarını bildirən klublar olmayıb. Son günlər Şükürovun keçmiş komandası olan "İnter"ə qayıdacağı deyilsə də, Bakı klubunun rəhbərliyi müdafiəçi ilə maraqlanmadıqlarını bildirib. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, transferə çıxarılan oyunçulardan Bamba hazırda Afrikadadır. Təcrübəli hücumçunun iyunun 24-də Azərbaycana qayıdacağı gözlənilir.

"Xəzər-Lənkəran"ın UEFA kubokuna hazırlaşmaq üçün Avstriyada təlim-məşq toplanışı keçəcəyi planlaşdırılsa da, hazırlıq planında bəzi dəyişikliklər olunub. Klub rəhbərliyi iyunun 27-dən başlayaraq, Yunanıstanda bir neçə gün təlim-məşq toplanışı keçməyi qərara alıb. "Xəzər-Lənkəran" Yunanıstandan Avstriyaya getməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti