...

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Azərbaycanın futbol klublarında oynamaqdan imtina edib

Cəmiyyət Materials 20 İyun 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Hakan Şükür Azərbaycanın futbol klublarında oynamaqdan imtina edib. "Azərbaycandan cəlbedici təklif almışam, amma çox pula ehtiyacım yoxdur", Türkiyə mətbuatına verdiyi açıqlamada Şükür bildirib.

Trend -un arayışı: Azərbaycanın "Xəzər-Lənkəran" və "İnter" klubları türkiyəli futbolçuya transfer üçün 3 mln. dollardan artıq pul təklif etmişdi.

Karyerasını harada davam etdirəcəyi ilə bağlı qəti qərara gəlmədiyini bildirən Türkiyə yığmasının sabiq üzvü "Xəzər-Lənkəran"dan təklif aldığını təsdiqləyib. 37 yaşlı futbolçu bildirib ki, hazırda təklifləri dəyərləndirir: "Mənə Azərbaycanla yanaşı, Dubay təmsilçisindən də dəvət göndərilib. Lakin bu günlərdə ABŞ-ın "Metrostars" komandasına başım qarışıb. Bu klubun nümayəndələri danışıqlar aparmaq üçün tezliklə İstanbula gələcəklər. Bəlkə də yaxında yerləşdiyini nəzərə alıb Dubaya üstünlük verdim", Şükür əlavə edib.

Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və ABŞ-a qısamüddətli səfərdən sonra vətənə dönən Şükür məşqçi fəaliyyətinə başlayacağını da istisna etməyib. Futbolçu vurğulayıb ki, Türkiyədə yalnız "Qalatasaray"ın şərəfini qorumağa hazırdır: "Türkiyənin 12 klubu mənimlə maraqlanır. Hətta bunlardan biri "böyük klublar"dan sayılır. Komandanın prezidenti ilə münasibətlərim çox yaxşıdır. Amma ona və digərlərinə öz ölkəmdə "Qalatasaray"dan başqa klubda oynamayacağımı bildirmişəm. Məşqçi fəaliyyətinə başlamağım da gündəmdədir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti