...

Azərbaycanlı gimnast beynəlxalq turnirin gümüş medalını qazanıb

Cəmiyyət Materials 23 İyun 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın gimnastika üzrə yığma komandasının üzvü Anna Qurbanova İtaliyanın Prato şəhərində keçirilən "Trofeo KariPrato" adlı beynəlxalq turnirin gümüş medalını qazanıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı gimnast gümüş medalı çoxnövçülükdə əldə edib. Beynəlxalq turnirdə Azərbaycanı digər bir gimnast - Səidə Abdullayeva da təmsil edib. O, çoxnövçülükdə beşinci yeri tutub. Turnirin qalibi adını İtaliyadan olan gimnast qazanıb.

Komanda hesabında Azərbaycan yığma komandası üçüncü yerə çıxıb. İtaliya birinci, Rusiya yığma komandası isə ikinci olub.

Azərbaycanlı gimnastların bu turnirdə iştirak etməsi bu ilin yayında keçiriləcək Pekin Olimpiadasına hazırlıq məqsədi daşıyırdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti