...

Azərbaycanın otüstü hokkey komandasının rəqibinin taleyinə sabah aydınlıq gələ bilər

Cəmiyyət Materials 23 İyun 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandasının Pekin Olimpiadasına vəsiqə qazanmasını əngəlləyən İspaniya yığmasının taleyinə sabah aydınlıq gələ bilər. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Otüstü Hokkey Federasiyasının (AOHF) mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Bu ilin aprel ayında Bakıda keçirilən Olimpiada lisenziyalı turnirin final oyununda Azərbaycan yığmasını 3:2 hesabı ilə məğlub edən İspaniya millisinin üzvləri dopinq testdən keçirilmişdi. İspaniya komandasının iki üzvünün qanından götürülən test müsbət nəticə verdiyindən, Beynəlxalq Otüstü Hokkey Federasiyasının (BOHF) turnirin qalibi olan komandanı cəzalandıracağı gözlənilir.

Mətbuat xidmətinin verdiyi məlumata görə, sabah BOHF-ın mənzil-qərargahında keçiriləcək toplantı həlledici ola bilər. Bu toplantıdan sonra İspaniya yığmasının iki hokkeyçinin cəzalanacağı daha çox ehtimal olunur.

Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığma komandasının baş məşqçisi Pakistandan olan Tahir Zamandır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti