Azərbaycan, Bakı, 24 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
İyunun son günləri Azərbaycan, Türkiyən, Makedoniya rəssamlarının birgə sərgisi keçiriləcək. Bu haqda TrendLife-a Rəssamlar İttifaqının üzvü Ənvər Qarayev xəbər verib. Onun sözlərinə görə, üç ölkənin rəssamları apreldən başlayaraq "Qardaşlıq" layihəsi çərçivəsində özlərinin ən yaxşı işlərini təqdim etməyə başlayıblar. Həmin layihə çərçivəsində həm Türkiyədə, həm də Azərbaycanda sərgi keçirilib. İndi bu layihəyə makedoniyalı rəssamlar da qatılıb. Bundan əlavə Makedoniyada da bizim rəssamlar öz işlərini təqdim edəcəklər. Bu sırada Ənvər Qarayev, Mirnadir Zeynalov, Səmədağa Cəfərov, Həmzə Abdullayevin adını çəkmək olar.