...

Bakıda gənc yazıçının məktəbi açılır

Cəmiyyət Materials 27 İyun 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

İyulun 1-dən etibarən Bakıda gənc yazıçılar məktəbi fəaliyyətə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyindən TrendLife-a verilən xəbərə görə, bu layihə Nazirlik və Yazıçılar İttifaqı tərəfindən prezident İlham Əliyevin istedadlı gənclərə yardım barədə sərəncamı çərçivəsində reallaşdırılacaq. Bu məktəb M.F. Axundov adına Azərbaycan Dövlət kitabxanasında yerləşəcək. Məktəbin əsas məqsədi yeni istedadlı yazıçıları üzə çıxarmaqdır. Gənc yazıçıların yazdıqları dramaturigiyalar, ssenarilər, poeziyalar xarici dillərə də tərcümə olunacaq. Seminarlar ayda bir dəfə keçiriləcək. Ən yaxşı üçlük nəticənin sonunda altı ay ərzində xüsusi təqaüd alacaq. İki illik tədrisdən sonra isə tələbələrə diplomlar veriləcək.

Xəbər lenti

Xəbər lenti