...

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan məbləğ artırılacaq

Cəmiyyət Materials 2 İyul 2008 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına ayrılan məbləğin gələcəkdə artırılması nəzərdə tutulub.

"Artıq biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik", Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Şuranın sədri Azay Quliyev deyib.

Trend -un arayışı: Dövlət Şurası iki ay öncə yaradılıb. Şuraya QHT-lərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən bu il üçün 1,5 milyon manat vəsait ayrılıb.

Quliyevin sözlərinə görə, dövlət büdcəsindən ayrılan məbləğin 300 min manatı təşkilati məsələlərə sərf olunacaq, 1,2 milyon manat vəsait isə QHT-lər üçün elan edilən müsabiqədə qalib gələn layihələrə ayrılacaq.

Quliyev bildirib ki, artıq bu gün Şuranın elan etdiyi ilk müsabiqə yekunlaşır. Onun sözlərinə görə, müsabiqəyə çox sayda layihə təqdim olunub. Onların arasında daha çox ümummilli problemlərə həsr olunan layihələrə üstünlük veriləcək. "Artıq bu il üçün QHT-lərə ayrılan vəsaitin artırılmasından söhbət gedə bilməz. Ancaq gələcəkdə bu vəsaitin bir neçə dəfə artırılmasını istəyirik. Daxil olan layihələr də onu göstərir ki, QHT-lərin ehtiyacları həddən artıq çoxdur", - o qeyd edib.

2006-cı ildə QHT-lərin həyata keçirdiyi layihələrin ümumi məbləği 10 milyon dollardan çoxdur. Burada söhbət qeydiyyata təqdim olunan layihələrdən gedir. 2008-ci ilin 5 ayı ərzində isə 5 milyon 300 min manatdan çox vəsait QHT-lər tərəfindən qəbul edilib və icraya yönəldilib. Bu bir daha onu göstərir ki, Azərbaycanda QHT sektorunun potensialı həddən artıq böyükdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti