...

Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması üçün proqram hazırlanır

Cəmiyyət Materials 2 İyul 2008 11:51 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması üçün proqram hazırlanır

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatların aparılması üçün proqram hazırlanır. "Proqrama əsasən, Akademiyada müəyyən institutlar ləğv oluna, eyni zavmanda müəyyən yeni institutlar yaradıla bilər", Trend -unməlumatına görə, bu barədə çərşənbə günü AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib.

Trend -un arayışı: Son illər Akademiyanın bir necə institutu ləğv olunub, bir necəsi birləşdirilib və nəticədə 1500 nəfərə yaxın işçi ixtisar olunub. Hazırda Akademiyanın 9509 nəfər işçisi var. Akademiyanın tərkibində 30-dan artıq institut, elmi mərkəz və muzeylər fəaliyyət göstərir.

Kərimovun sözlərinə görə, proqramda həmçinin elmin idarə olunası, maliyyələşdirilməsi və başqa bu kimi məsələlər yer alacaq. "Mən istisna etmirəm ki, bəzi institutlar ləğv olunacaq", - deyən Kərimov konkret hansı institutların ləğv ediləcəyi və hansı istiqamətlər üzrə yeni institutların yaradılacağını açıqlamayıb. "Hələki bu sahədə iş gedir. Son nəticə barədə indidən hər hansı bir fikir söyləmək tezdir. Ola bilər ki, bir-birini təkrarlayan institular birləşsin", - deyə Kərimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti