...

Azərbaycanın futbol üzrə yığma komandası reytinq sıralamasında geriləyib

Cəmiyyət Materials 2 İyul 2008 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandası FİFA-nın milli komandalar üçün nəzərdə tutulan reytinq sıralamasında 139-cu pillədə qərarlaşıb. Bu, Azərbaycan millisinin ötən ayla müqayisədə altı pillə geriləməsi deməkdir.

Azərbaycanın futbol üzrə yığma komandası bu ilin may ayında heç bir rəsmi oyunda meydana çıxmayıb. Bosniya və Herseqovina ilə keçirilən yoxlama oyununda məğlub olan Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə qələbə qazanıb.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur. 1996-cı ildə Almaniya ilə Avropa çempionu adını qazanan Foqts hazırda vətənində istirahətdədir.

Xəbər lenti

Xəbər lenti