...

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı "Dədə-Qorqud" festivalına yollanır

Cəmiyyət Materials 4 İyul 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Musiqili Komediya Teatrının iki solisti Ramil Qasımov, Xanım Qafarova və rəqs qrupu "Dədə-Qorqud" XIV Beynəlxalq folklor festivalda iştirak edəcəklər. Bu haqda TrendLife-a teatrın direktor müavini Elxan Ocaqov xəbər verib. Bu ənənəvi festival iyulun15-dən 20-nə qədər Türkiyənin Bayburd şəhərində keçiriləcək. Bizim teatr ilk dəfədir ki, həmin festivala yollanacaq. Tədbir üçün teatr truppası xüsusi konsert proqramı hazırlayıb. Keçən il adıçəkilən festivalda Azərbaycanı "İstedad" ansamblı təmsil edib.

Xəbər lenti

Xəbər lenti