...

Azərbaycanın Mətbuat Şurası yeni təkibdə fəaliyyətə başlayıb

Cəmiyyət Materials 11 İyul 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin bu gün keçirilən iclasında, əsasən, təşkilati məsələlərə baxılıb. İclsada Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli MŞ-nin sədr müavinləri seçiliblər. Bu barədə cümə Trend -a MŞ- dən İdarə Heyətinin iclasından sonra bildirilib.

Trend -un arayışı:Bu il iyunun 20 - də Azərbaycan jurnalistlərinin 5-ci qurultayı keçirilib. Qurultayda Əflatun Amaşov yenidən qurumun sədri seçillib və MŞ -nin yeni İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin qurultayından sonraya təsadüf edən ilk toplantıda sədr Amaşov jurnalist nümayəndələrdən Elçin Şıxlının Azərbaycan Jurnalistlər Birliyinin sədri və "Ayna-Zerkalo" qəzetinin baş redaktoru kimi işlərinin çoxluğunu əsas gətirərək, sədr müavinliyinə namizədliyinin irəli sürülməsindən imtina etdiyini vurğulayıb. İcsalda jurnalistlərdən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun, ictimaiyyət nümayəndələrindən isə, "Azərmətbuatyayımı"nın rəhbəri Vüqar Səfərlinin sədr müavinliyinə namizədlikləri irəli sürülüb. V.Səfərli namizədliyini geri götürüb. Bundan sonra Ələsgərlinin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Rəhimoğlu və.Ələsgərli Şura sədrinin müavinləri seçiliblər.

Sonra Şikayətlər üzrə Komissiyanın tərkibi müəyyənləşdirilib. İclasda İH üzvləri "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev İqtisadiyyat, M.Ələsgərli Sosial məsələlər, Kamal Abdulla Təhsil, Bəxtiyar Sadıqov Dil komissiyalarının sədrləri seçiliblər. V.Səfərli mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının koordinatoru seçilib. Rəhimoğlunun Bölgə mətbuatının problemləri və inkişaf perspektivləri komissiyasına da sədrlik etməsi təsdiqlənib.

Amaşov sonda MŞ - nin Milli Mətbuatın 133 - cü ildönümü ilə əlaqədar gördüyü işlər barədə məlumat verib. O bildirib ki, Şura peşə bayramı münasibətlə qəbul təşkil edəcək. Mərasimə ölkəmizdə fəaliyyət göstərən aparıcı KİV rəhbərlərinin, dövlət qurumlarının nümayəndələrinin, eləcə də xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin qatılacaqları nəzərdə tutulub.

Azərbaycanın Mətbuat Şurası 2003 - cü il martın 15 - də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti