...

Azərbaycanın "Neftçi" futbol klubu Rumıniyanın "Vasluy" komandasının avrokuboklarda ilk rəqibi olacaq

Cəmiyyət Materials 14 İyul 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu Rumıniyanın "Vasluy" komandasının Avropa kuboklarında qarşılaşacağı ilk rəqib olacaq.

"Neftçi" UEFA-İntertoto kubokunun ikinci mərhələsində Belçikanın "Jerminal" klubu ilə oyunların birində heç-heçə etməklə (1:1), digərində qələbə qazanmaqla (1:0) üçüncü mərhələyə vəsiqə qazanıb. Azərbaycan klubu bu mərhələdə Rumıniyanın "Vasluy" komandası ilə görüşəcək.

Azərbaycan komandasının rəqibi olan "Vasluy" klubu 2002-ci ildə yaradılıb. Rumıniyanın futbol çempionatının yüksək liqasında üç ildir çıxış edən "Vasluy" komandası sonuncu mövsümdə yeddinci yeri tutub. Bu, "Vasluy"un tarixi ərzində ən böyük uğurudur.

"Neftçi"nin rəqibi ev oyunlarını 10 min azarkeş tutumu olan Vasluy "Bələdiyyə" stadionunda keçirir. Klubun təmsil etdiyi Vasluy şəhərinin əhalisinin sayı 70 mindir.

Azərbaycanın və Rumıniyanın futbol komandaları indiyədək bir neçə dəfə qarşılaşıblar. Bu oyunların hamısında Rumıniya komandaları qələbə qazanıblar.

"Neftçi" ilə "Vasluy" arasında ilk oyun iyulun 19-da, saat 21.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA-İntertoto kubokunun sonuncu mərhələsində qələbə qazanan klub UEFA kubokunun ikinci mərhələsindən mübarizə aparmaq imkanı qazanacaq.

Xəbər lenti

Xəbər lenti