...

Azərbaycanlı futbolçunu transfer etmək istəyən Türkiyə klubunun maliyyə problemləri yaranıb

Cəmiyyət Materials 17 İyul 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovu transfer etmək istəyən Türkiyənin "Diyarbəkirspor" klubunda ciddi maliyyə problemləri yaranıb. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Qurbanov son mövsümdə Türkiyənin Superliqa klublarından olan "Sivasspor"da çıxış edib. O, bu klubda əsas heyətdə çıxış etmədiyindən, birinci liqa təmsilçisi olan "Diyarbəkirspor"a transfer oluna bilər.

"Diyarbəkirspor" klubu azərbaycanlı futbolçu ilə yanaşı, bir neçə oyunçunun da transferində maraqlıdır.

Türkiyə mətbuatının məlumatına görə, "Diyarbəkirspor" klubunun rəhbərliyi Qurbanovu və digər futbolçuları transfer etmək üçün iki milyon dollara yaxın maliyyə vəsaitini tapa bilmir.

"Diyarbəkirspor" maliyyə problemini həll edə bilməsə, azərbaycanlı futbolçunun bu kluba keçidi böyük ehtimalla baş tutmayacaq.

Qurbanov əvvəllər Azərbaycanın "Xəzər-Lənkəran" klubunun heyətində çıxış edib.

Xəbər lenti

Xəbər lenti