...

Azərbaycanda Fransanın ali məktəblərinə qəbulla bağlı müsabiqə elan edilib

Cəmiyyət Materials 19 İyul 2008 21:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul / Trend , müxbir C.Babayeva/ Təhsil Nazirliyi Nazirlər Kabinetinin təsdiq etdiyi "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"na uyğun olaraq Fransanın ali məktəblərinə qəbulla bağlı müsabiqə elan edib. Bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində təhsil alan və 1 sentyabr 2008-ci il tarixinədək 18 yaşı tamam olmuş bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan tələbələr, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008 və 2008/2009-cu tədris illəri üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplayanlar, həmçinin prioritet ixtisaslar üzrə müvafiq qaydada təsdiq olunmuş xarici ali təhsil müəssisələrinə özləri daxil olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə, xüsusi anket forması (Təhsil Nazirliyində əldə olunur), tövsiyə (iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur), ali məktəbə qəbulda TQDK tərəfindən topladığı bal haqqında arayış (xarici ali məktəblərə özləri qəbul olunanlara aid deyildir), ali məktəb tərəfindən verilən qiymət kitabçasından çıxarışın alman və yaxud ingilis dilinə tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti, ali məktəbin müvafiq təhsil pilləsində birbaşa (dil hazırlığı keçmədən) təhsil alacaq namizədlər üçün Fransiz dilini bilmək haqqında TCF imtahanının nəticələri (ixtisaslara uyğun müvafiq olaraq 350 və 400 baldan yuxarı), tərcümeyi-hal, 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm) təqdim etməlidirlər.

Sənədlər iyul ayının 30-dək Nazirlikdə qəbul edilir.

Namizədlərin müəyyən olunması üçün seçim prosesində üstünlük Fransız dilini bilənlərə veriləcək.

Trend -un arayışı: Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmət, dövlət idarəetməsi prioritet sahələrdir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan ї [email protected]

Xəbər lenti

Xəbər lenti