Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycan çimərlik futbolu üzrə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edə bilər. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
AFFA Azərbaycan Çimərlik Futbol Federasiyası (AÇFF) ilə birlikdə Avropa çempionatının final mərhələsinin oyunlarını Bakıda təşkil etmək üçün namizədliyini irəli sürüb.
Məsələ ilə bağlı lazım olan sənədlər Beynəlxalq Çimərlik Futbolu Təşkilatına təqdim olunub.
Çimərlik futbolu üzrə Avropa çempionatının final mərhələsinin oyunları bu ilin sentyabr ayında keçiriləcək.