...

Azərbaycanlı güləşçi dünya çempionatında medal qazanıb

Cəmiyyət Materials 31 İyul 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı idmançı Rafiq Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb. Bu barədə Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı yunan-roma güləşçisi 66 kq çəki dərəcəsində mübarizə apararaq, İsveçi təmsil edən erməni idmançı Şarur Vardanyanı məğlub etməklə bürünc medal qazanıb. Hüseynovun daha yüksək əyarlı medal qazanmasına İran güləşçisinə məğlub olması mane olub.

Güləş üzrə dünya çempionatının ilk günündə Azərbaycanın digər idmançısı - Elvin Mürsəliyev bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti