...

"Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı sentyabr ayında yekun mövqe açıqlanacaq" - təhsil naziri

Cəmiyyət Materials 2 Avqust 2008 11:02 (UTC +04:00)
"Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı sentyabr ayında yekun mövqe açıqlanacaq" - təhsil naziri

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Təhsil Nazirliyi bəyan edib ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti ilə bağlı sentyabr ayında yekun mövqe açıqlanacaq. "İndidən demək olmaz ki, bu universitet bağlanacaq. Dərs ilinin əvvəlində bununla bağlı açıqlamamız olacaq", şənbə günü Trend -a təhsil naziri Misir Mərdanov bildirib. Nazir vurğulayıb ki, universitetin gələcək fəaliyyəti ilə bağlı indidən konrkret rəy bildirmək tezdir. "Bu məsələyə sentyabr ayında aydınlıq gətirəcəyik", - deyə o əlavə edib.

Azərbaycan Beynəlxalq Universiteti Respublika Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 7 noyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini və Təhsil Nazirliyinin 48-11- 4058/16 saylı lisenziyasını alıb.

Bu il Azərbaycan Beynəlxalq Universitetində qanun pozuntularının olduğu üzə çıxıb. Belə ki, hazırda universitetin ən azı 90 tələbəsinin diplom ala bilmədiyi qeyd olunur. Diplom ala bilməyən tələbələrin valideynləri məsələ ilə bağı bir neçə dəfə təhsil naziri, o cümlədən nazirliyin digər rəhbər şəxsləri ilə görüş keçiriblər. Təhsil Nazirliyi hesab edir ki, Azərbaycan Beynəlxalq Universitetində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından keçməyən çoxlu sayda insan təhsil alır və bu, diplomların verilməsində problem yaradır. Hələlik universitet rəhbərliyi məsələ ilə bağlı konkret mövqe açıqlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti