...

Azərbaycanın "Qarabağ" klubu keçmiş futbolçusu ilə iki illik müqavilə bağlayıb

Cəmiyyət Materials 7 Avqust 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu keçmiş müdafiəçisi Aftandil Hacıyevlə iki illik müqavilə bağlayıb. Bu barədə Trend -a kluba yaxın mənbələr məlumat verib.

Hacıyev futbol üzrə sonuncu mövsümdə "Qarabağ" klubunun heyətində çıxış edib. O, çempionat başa çatandan sonra "Qarabağ"ın keçmiş baş məşqçisi Rasim Kara tərəfindən komandadan uzaqlaşdırılmışdı.

Kluba yaxın mənbələrin məlumatına görə, "Qarabağ" "Xəzər-Lənkəran"ın yarımmüdafiəçisi Elmar Baxşıyevi də transfer etmək niyyətindədir.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovdur.

Xəbər lenti

Xəbər lenti