...

ABŞ - da Dünya Türk Festivalı keçiriləcək

Cəmiyyət Materials 11 Avqust 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Babayev/ Avqustun 16- 17- də ABŞ -ın Çikaqo şəhərində Dünya Türk Festivalı keçiriləcək. Bazar ertəsi Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, türk xalqlarının öz mədəniyyətlərini nümayiş etdirəcəyi bu festivalda Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da iştirak edəcək.

Hyuston-Azərbaycan Təşkilatı 2004 - cü ildə yaradılıb. Rəhbəri həmyerlimiz Natalya Kassenyevadır.

Azərbaycan milli rəqslərinin ABŞ - da təbliği ilə məşğul olan bu qrup ilk dəfə Dünya Türk Festivalına qatılacaq. Qrup festivalın hər iki günündə çıxış edəcək və burada 7 Azərbaycan milli rəqsi təqdim olunacaq. Bunlar "Çiçəklər", "Üzüm", "Qaval", "Kəlağayı", "Vətən", "Naznazı" və "Yallı" rəqsləridir. Hyuston-Azərbaycan Təşkilatının nəzdində fəaliyyət göstərən rəqs qrupunun bu festivalda iştirakına təşkilati və maliyyə dəstəyini Azərbaycanın ABŞ - dakı Səfirliyi göstərib. Tədbirdə Türkiyə, Qazaxıstan, Türkmənistandan da milli rəqs kollektivləri iştirak edəcək.

Festivala ümumilikdə 5000 qonaq dəvət olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti