...

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqavilə bağladı

Cəmiyyət Materials 21 Avqust 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Nəbiyev Türkiyənin birinci liqa klublarından olan "Ərciyəzspor"la müqavilə bağlayıb. Bu barədə cümə axşamı Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Nəbiyev əvvəllər Türkiyənin Superliqa komandalarından olan "Kayserispor"da çıxış edib. "Ərciyəzspor" da "Kayserispor" klubu kimi Türkiyənin Kayseri şəhərini təmsil edir.

Yarımmüdafiəçi mövqeyində çıxış edən azərbaycanlı futbolçu Türkiyə klubu ilə bir il altı ay müddətinə müqavilə bağlayıb. Müqavilənin şərtinə görə, Nəbiyev, başqa bir klubdan təklif aldığı halda, bu ilin sonunda "Ərciyəzspor"dan ayrıla bilər.

Nəbiyev Türkiyə çempionatının birinci liqasında çıxış edəcək yeganə azərbaycanlı futbolçu deyil. Azərbaycan yığma komandasının üzvü olan İlqar Qurbanov da Türkiyənin birinci liqa klublarından olan "Boluspor"da çıxış edir.

Xəbər lenti

Xəbər lenti