Gürcüstan, Tbilisi, 02 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycanın qeyri -hökumət təşkilatları Gürcüstana yardım göstərmək məqsədilə öz əlaqələrindən istifadə edəcəklər. Bununla əlaqədar, çərşənbə axşamı "Açıq Cəmiyyət - Gürcüstan" Fondunda Azərbaycan və Gürcüstan QHT-lərinin nümayəndələrinin görüşü keçirilib.
Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Əli Babayev jurnalistlərə bildirib ki, bu gün keçirilən görüşün əsas məqsədi Gürcüstana yardım göstərmək istiqamətində konkret planların müəyyən edilməsidir.
Qaçqınlara humanitar yardım göstərməkdən əlavə, Rusiya qoşunlarının müdaxiləsi nəticəsində itkin düşmüş vətəndaşların axtarışında yardımın göstərilməsi haqqında söhbət gedir.
Azərbaycan nümayəndələri bəyan edirlər ki, onların abxaz və osetin qeyri-hökumət təşkilatları ilə sıx əlaqələri var və onlar bu əlaqələrdən Gürcüstana yardım göstərmək üçün istifadə edəcəklər.
Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]