...

Azərbaycanın "Neftçi" futbol klubunun vitse-prezidenti baş məşqçini dəyişməkdə gecikdiklərini bildirib

Cəmiyyət Materials 5 Sentyabr 2008 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun vitse-prezidenti hesab edir ki, komandanın baş məşqçisini dəyişməkdə gecikiblər.

"Anatoli Demyanenkodan bir az gec ayrıldıq. Bunun səbəbi "Neftçi"nin onun rəhbərliyi altında UEFA-İntertoto kubokunda iştirak etməsi idi. Özünüz də görürdünüz ki, klubumuz Demyanenkonun vaxtında getdikcə zəif çıxış edirdi", cümə günü Trend Xəbər Agentliyində təşkil olunan mətbuat konfransında vitse-prezident İlqar Quluzadə deyib.

Trend -un arayışı: "Neftçi" klubu bir neçə gün əvvəl ukraynalı baş məşqçi Anatoli Demyanenkonu istefaya göndərərək, Almaniyadan olan Hans Yurgen Gede ilə müqavilə bağlayıb. Demyanenkonun istefaya göndərilməsinin səbəbi "Neftçi"nin onun rəhbərliyi altında Azərbaycan Premyer-Liqasında uğursuz çıxış etməsi olub.

Quluzadə bildirib ki, Gedeylə əvvəlcədən maraqlanıblar. "Azərbaycan yığmasına Berti Foqts rəhbərlik etsə də, əsas işləri Gede görürdü. Buna görə də onunla müqavilə bağlamaq qərarına gəldik", - deyə vitse-prezident əlavə edib.

Hazırda "Neftçi" komandası Premyer-Liqada 9-cu yeri tutur. Keçirdiyi dörd oyundan sonra klubun hesabında dörd xal var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti