Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının DÇ-2010-nun seçmə mərhələsində rəqibi olan Lixtenşteyn millisi bu gün saat 21.00-da Bakıya gələcək. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan yığması ilə Lixtenşteyn millisi on il əvvəl Avropa çempionatının seçmə mərhələsi çərçivəsində görüşüb. Lixtenşteyndə keçirilən oyunda Azərbaycan komandası 1:2 hesabı ilə məğlub olub. Bakıdakı görüşdə isə azərbaycanlı futbolçular 4:0 hesabı ilə qələbə qazanıblar.
Azərbaycan - Lixtenşteyn oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun sentyabrın 10-da, saat 21.00-da başlayacaq.
Lixtenşteynlə görüş Azərbaycan yığmasının 2008-ci ildə keçirəcəyi sonuncu rəsmi oyun olacaq.
Azərbaycan komandası sentyabrın 6-da səfərdə Uelslə görüşərək, 0:1 hesabı ilə məğlub olub.
Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]