...

Xarici ali təhsil müəssisələrindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsi dayandırılıb

Cəmiyyət Materials 10 Sentyabr 2008 12:29 (UTC +04:00)
Xarici ali təhsil müəssisələrindən Azərbaycan ali məktəblərinə tələbə köçürülməsi dayandırılıb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , C.Babayeva/ Xarici təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə tələbə köçürülməsi dayandırılıb. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmiş abituriyentlər Azərbaycan ali təhsil müəssisələrinin tələbəsi ola bilər.

"Tələbələrin kütləvi köçürülməsi qanunsuz fəaliyyət göstərən, eyni zamanda xarici ali təhsil müəssisələrindən həyata keçirilirdi", - deyə Mərdanov bildirib.

2008-2009-cu tədris ilində magistraturaya sənəd qəbulu zamanı TQDK tərəfindən ölkənin dövlət ali təhsil müəssisələrinə qanunsuz köçürülən 700 bakalavr aşkar olunub.

Nazir bildirib ki, Təhsil Nazirliyi bu kütləvi tələbə köçürmələrinin qarşısını almaq niyyətindər.

Xəbər lenti

Xəbər lenti