...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu hücumçu problemi ilə üzləşib

Cəmiyyət Materials 12 Sentyabr 2008 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubu hücumçu problemi ilə üzləşib. Bu barədə birinci liqada çıxış edən klubun prezidenti Necib Çarıkçı Türkiyə mətbuatına məlumat verib.

"Birinci liqada fasilə yaranan kimi qol vurmağı bacaran bir hücumçu transfer edəcəyik. Əslində, çox pul xərcləyib ən yaxşı futbolçuları transfer edə bilərik. Amma bundan sonra çempion olacağımıza heç kim zəmanət verə bilməz", - klub prezidenti deyib.

"Boluspor" Türkiyənin birinci liqasında keçirdiyi iki oyunda qələbə qazana bilməyib. Komandanın uğursuz çıxış etməsi azarkeşlər arasında böyük narazılığa səbəb olub.

"Boluspor" növbəti turda səfərdə "Diyarbəkirspor" komandası ilə görüşəcək. Qurbanovun zədəsi olduğu üçün onun bu oyunda meydana çıxmayacağı gözlənilir.

Çarıkçı bildirib ki, rəhbəri olduğu klub "Diyarbəkirspor"la görüşdə mütləq qələbə qazanmalıdır.

"Bu oyunda qələbə qazanmağa borcluyuq. Buna görə oyundan əvvəl komandamızın heyətində çıxış edən futbolçularla görüşərək, onlarla söhbət edəcəyəm", - deyə Çarıkçı əlavə edib.

Qurbanov "Boluspor"dan əvvəl Azərbaycanın "Xəzər-Lənkəran", Türkiyənin "Fənərbaxça" və "Sivasspor" klublarında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti